Seçin

Dayanıqlı

Tikinti,

Yaradıcı

Həllər

SHP Logo preloader
Slideshow Image

Dayanıqlı Gələcəyi
Bugün
Qururuq

SHP — tikinti sahəsində təcrübə və istedadı birləşdirən peşəkar komandadır. Biz layihənin bütün dövrünü əhatə edirik – konsept və strategiyadan başlayaraq, səmərəli tikinti idarəçiliyi və istismar proseslərinə qədər

Fəaliyyət sahəmiz Layihələrimiz
Aşağı keçin -- Aşağı keçin --

Bizim haqqımızda

Xəyaldan reallığa

Biz, SHP olaraq, müştərilərimiz və tərəfdaşlarımız üçün bina və obyektləri layihələndirir və inşa edirik. Əsas prinsipimiz – Müştərilərimizin və Tərəfdaşlarımızın uğurunu öz uğurumuz kimi qəbul etməkdir.

about_us

Fəlsəfəmiz

Biz, dəyər yaratmaqla, dəyər alırıq. Dəyər alırıq və daha da çox dəyər yaradırıq

SHP olaraq, biz hər gün öyrənirik, araşdırırıq və təkmilləşirik. Müxtəlif sahələrdə olan biliklərimiz və təcrübəmiz bizə ən yüksək dəyəri yaratmağa imkan verir

Philosophy

Missiyamız və Baxışımız

Ən yüksək dəyəri yaradırıq

Bizim Missiyamız, funksional, dayanıqlı və estetik layihələri dizayn edib inşa etməkdədir
Hədəfimiz, bölgənin aparıcı dizayn və tikinti şirkəti olmaqıdır

Mission_vision

Komandamızla
Tanış Olun

Biz ideyaları həyata keçirməyə həvəsli olan istedadlı peşəkarlarıq. Müxtəlif təcrübə və bacarıqlara malik olaraq, müştərilərimiz üçün effektiv həllər yaratmaq üçün birlikdə işləyirik.

Xidmətlərimiz

Tikinti
MEP İşləri

MEP Works Image

Yanaşmamız
İş Xüsusiyyətlərimiz

SHP MMC olaraq hər bir layihədə mükəmməlliyə üstünlük veririk. Yanaşmamız dəqiq planlaşdırmanı, yüksək səviyyəli tikinti təcrübələrini və həm yerli, həm də beynəlxalq standartlara ciddi riayət etməyi özündə birləşdirir. MEP sistemləri, memarlıq dizaynı və ya layihə idarəçiliyi sahəsində hər bir detalı dəqiqlik və keyfiyyətlə həyata keçiririk. Komandamız sizin unikal tələblərinizə cavab verən innovativ həllər təqdim etməyə sadiqdir və layihənizin konsepsiyadan tamamlama mərhələsinə qədər uğurla həyata keçirilməsini təmin edir.

Təmir-tikinti işləri

+
-

• Beton işləri;
• Metal işləri;
• Şüşələmə işləri;
• Alçıpan işləri;
• Kərpic hörgüsü;
• Suvaq və rəngləmə işləri;
• Kafel və daş döşəmə işləri;
• Taxta işləri;
• Döşəmə taxtası işləri;
• Daş işləri;
• Su izolyasiya işləri;
• Dekorasiya işləri;

Mexaniki işlər

+
-

• Havalandırma sistemləri (hava kanalları və ventilyasiya, havalandırma çihazları, mətbəx havalandırma sistemləri, tüstü sovurma sistemləri, fankoyllar, elektrostastik filtrlər, aktiv karbon filtrləri, VRV/DX sistemləri və s.);
• Soyutma və isitmə sistemləri (çillerlər, qazanxana sistemləri, nasoslar, esenjorlar, hava ayırıcıları və s.);
• Santexnika (içməli su sistemləri, çirkab su sistemləri, ejektor nasosları, mexaniki filtrlər, yumşaldıcılar, UV filtrlər, elektrik su qızdırıcıları, yağ tutucular və s.);
• Yanacaq və təbii qaz sistemləri;

Yanğından Mühafizə Sistemləri

+
-

• Yanğınsöndürmə sistemləri (yanğın nasosları, avtomatik sprinkler sistemləri, hidrantlar, qaz əsaslı yanğınsöndürmə sistemləri, kimyəvi yanğınsöndürmə sistemləri və s.);
• Yanğın siqnalizasiya sistemləri;
• Səsli xəbərdarlıq sistemləri;

Elektrika işləri

+
-

• Elektrik enerjisinin paylanma sistemləri (aşağı gərginlik və orta gərginlik sistemləri, baş paylayıcı lövhələr, transformatorlar və s.);
• Qəza elektrik qidalanma sistemləri (dizel-generatorlar);
• Elektrik motorların idarəetmə mərkəzləri (MCC) və avtomatlaşdırma;
• Kabel kanalları və şin sistemləri;
• Torpaqlama və şimşək mühafizə sistemləri;
• Telefon və data sistemləri;
• Təhlükəsizlik sistemləri (CCTV, giriş nəzarəti);
• İşıqlandırmanın idarəetmə sistemləri;
• Binaların idarəetmə sistemləri (BMS);
• Peşəkar audio və video sistemləri;

Layihələndirmə və Dizayn

Design Works Image

Yanaşmamız
İş Xüsusiyyətlərimiz

SHP MMC olaraq hər bir layihədə mükəmməlliyə üstünlük veririk. Yanaşmamız dəqiq planlaşdırmanı, yüksək səviyyəli tikinti təcrübələrini və həm yerli, həm də beynəlxalq standartlara ciddi riayət etməyi özündə birləşdirir. MEP sistemləri, memarlıq dizaynı və ya layihə idarəçiliyi sahəsində hər bir detalı dəqiqlik və keyfiyyətlə həyata keçiririk. Komandamız sizin unikal tələblərinizə cavab verən innovativ həllər təqdim etməyə sadiqdir və layihənizin konsepsiyadan tamamlama mərhələsinə qədər uğurla həyata keçirilməsini təmin edir.

Konseptual dizayn və vizual görüntülərin hazırlanması

+
-

Ümumi planların hazırlanması və interyer və eksteryer üçün 3D vizualizasiya

Memarlıq layihələndirmə

+
-

Memarlıq çertyojlarının hazırlanması – divar və döşəmə konstruksiyaları və örtükləri, tavan konstruksiyaları, mebel yerləşdirilməsi, divar açılışları, kəsiklər və detal çertyojları

Elektromexanika (MEP) sistemlərinin layihələndirməsi

+
-

Mexaniki və elektrik sistemlərinin layihələndirilməsi və hesablamaların aparılması: havalandırma sistemləri, isitmə və soyutma sistemləri, yanğın mühafizə sistemləri, elektrik enerjisinin paylanma sistemləri, kabel kanalları, təkxətli sxemlər, yük cədvəlləri, torpaqlama və şimşək mühafizə sistemləri, yanğın siqnalizasiya sistemləri, səsli xəbərdarlıq sistemləri, telefon və data sistemləri, təhlükəsizlik sistemləri, musiqi sistemləri, işıqlandırmanın idarəetmə sistemləri, bina idarəetmə sistemləri (BMS).

Konsaltinq

Consultancy Works Image

Yanaşmamız
İş Xüsusiyyətlərimiz

SHP MMC olaraq hər bir layihədə mükəmməlliyə üstünlük veririk. Yanaşmamız dəqiq planlaşdırmanı, yüksək səviyyəli tikinti təcrübələrini və həm yerli, həm də beynəlxalq standartlara ciddi riayət etməyi özündə birləşdirir. MEP sistemləri, memarlıq dizaynı və ya layihə idarəçiliyi sahəsində hər bir detalı dəqiqlik və keyfiyyətlə həyata keçiririk. Komandamız sizin unikal tələblərinizə cavab verən innovativ həllər təqdim etməyə sadiqdir və layihənizin konsepsiyadan tamamlama mərhələsinə qədər uğurla həyata keçirilməsini təmin edir.

Tikinti layihələrin idarəetmə xidmətləri

+
-

• Layihə idarəetmə planlarının hazırlanması, proses qruplarının inteqrasiyası və dəyişikliklərin idarə olunmasının əhatə edən layihə idarəetmə prosedurlarının müəyyən edilməsi və tətbiqi;
• İş həcminin idarə olunması üçün planın hazırlanması;
• Layihə büdcəsinin hazırlanması və xərclərin nəzarət prosedurlarının müəyyən edilməsi və tətbiqi;
• Layihənin iş qrafinkinin hazırlanması, onun resurslar planlanması və satınalma proqramı ilə uyğunlaşdırılması;
• Keyfiyyətin idarə olunması üçün planın hazırlanması, onun spesifikasiyalar və müştəri tələbləri ilə uyğunlaşdırılması;
• Satınalma proqramının hazırlanması, satınalma prosesinin ödəniş cədvəli və xərclərə nəzarət prosedurları ilə əlaqələndirilməsi, həmçinin satınalma müqavilələrinin idarə edilməsi;
• Resursların idarə edilməsi üçün planın hazırlanması, layihə komandasının formalaşdırılması və subpodratçıların cəlb edilməsi;
• Layihə çərçivəsində hər bir proses qrupu üçün risklərin idarə olunması üçün planların hazırlanması;
• Effektiv kommunikasiyalar üçün planların hazırlanması – müştəri komandası, layihə komandası, dövlət qurumları və digər interesant tərəfləri arasında;

Üçüncü tərəf konsaltinqi (Third Party Consultancy)

+
-

• Keyfiyyətin təmin edilməsi – keyfiyyət idarəetmə planının hazırlanması, obyekt üçün keyfiyyət idarəetmə prosedurlarının müəyyən edilməsi və tətbiqi, layihə sənədlərinin yoxlanılması, materialların təsdiqlənmə proseslərinin icrası və quraşdırma metodologiyası üçün prosedurların hazırlanması və təsdiqi;
• Keyfiyyətə nəzarət – obyekt üzrə fəaliyyətlərə nəzarət, təsdiq edilmiş metodologiyalara uyğun olaraq montaj proseslərinin yerinə yetirilməsi; materialların keyfiyyət yoxlanılması; inspeksiya bildirişlərinin (NFI) və uyğunsuzluq hesabatlarının (NCR) hazırlanması; obyekt üzrə keyfiyyətə nəzarət proseslərinin idarə edilməsi;
• Test və istismara qəbul – test və istismara qəbul planının hazırlanması, hər bir sistem və avadanlıq üçün test və istismara qəbul metodologiyasının işlənilməsi; beynəlxalq qabaqcıl təcrübələrə və istehsalçı tövsiyələrinə uyğun olaraq obyekt üzərində test və istismara qəbul işlərinin aparılması;
• Layihənin təhvil verilməsi – sifarişçi və icraçı arasında sistemlərin və sahələrin təhvil verilməsi proseslərinin idarə olunması; yekun layihə sənədlərinin hazırlanması və tamamlanmış layihənin spesifikasiyalara və digər müqavilə öhdəliklərinə uyğunluğunun təmin edilməsi;

Texniki-iqtisadi əsaslandırma və ekspert qiymətləndirməsi

+
-

• Müxtəlif layihələr və işlər üçün texniki-iqtisadi əsaslandırma hesabatlarının hazırlanması, əsas performans göstəricilərinin müəyyən edilməsi, yüksək səviyyəli icmal təqdimatlarının hazırlanması;
• Müxtəlif layihələrin icrası üçün həll variantlarının və seçimlərinin detallı təhlilinin və hesabatlarının hazırlanması;
• Tikinti və layihələndirmə işləri üçün ilkin tender sənədlərinin hazırlanması, o cümlədən BOQ və spesifikasiya sənədləri;

Obyektlərin idarəetmə xidmətləri

+
-

• Layihənin ilkin və sonrakı mərhələlərində istismar tələblərinə əsaslanaraq obyekt idarəetmə planlarının hazırlanması və tətbiqi;
• Binaların istismarı zamanı kirayəçilər və sakinlər üçün təlimatların hazırlanması və tətbiqi, tikinti zamanı tətbiq olunan standartlara, mərkəzləşdirilmiş sistemlərin spesifikasiyasına, logistika proseslərinə, HSE qaydalarına və istismar ehtiyaclarına əsaslanaraq;
• Bina sistemlərinin xüsusiyyətlərinə və istehsalçı tövsiyələrinə əsaslanaraq mühəndis qurğuları üçün Planlaşdırılmış Profilaktika Baxım (PPM) cədvəllərinin və yoxlama formaların hazırlanması və tətbiqi;
• Kirayə verilən sahələrin hesablanması, müxtəlif daşınmaz əmlak obyektləri üçün GLA planlarının və yüklənmə əmsallarının müəyyən edilməsi, BOMA / ANSI standartlarına əsasən;
• Daşınmaz əmlak aktivlərinin texniki idarə olunması üçün prosedurların hazırlanması;

Layihələrimiz

Lisenziyalarımız və sertifikatlarımız

Lisenziyalarımız və sertifikatlarımızı
daha ətraflı görmək üçün istənilən şəkilə klikləyin.

Müştərilərimiz və Tərəfdaşlarımız

Müştərilərimizin və tərəfdaşlarımızın uğuru bizim uğurumuzdur
logo1
logo2
logo3
logo4
logo5
logo6
logo7
logo8
logo9
logo10
logo11
logo12
logo13
logo14
logo15
logo16
logo17
logo19
logo20
logo21
logo22
logo23
logo24